Xəbər Lenti
5-09-2026, 19:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 18:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 16:12
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Qarabağ”ın rəqibindən yeni transfer
UEFA Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən olan “Ayaks” heyətinə yeni oyunçu cəlb edib.
“Qafqazinfo” xəbər verir ki, “İnter”dən ayrılan Devi Klassen Niderland klubuna keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
31 yaşlı yarımmüdafiəçi Amsterdam təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Niderland millisinin sabiq üzvü “Ayaks”a azad agent kimi qoşulub. Devi Klassen 2011-2017 və 2020-2023-cü illərdə də “ağ-qırmızılar”da çıxış edib.
Qeyd edək ki, “Qarabağ” 3-cü turda Bakıda “Ayaks”ı qəbul edəcək. Matç oktyabrın 24-də keçiriləcək.





















































