Azərbaycanda keçirilən “Beat the Heat Vol. IV” yay universiteti layihəsi uğurla yekunlaşıb
Alyaskanın ev sahibi Putin, iki böyük qələbə qazanan Putin, razı qalan Tramp… – Beynəlxalq media icmalı
Köməksiz qalan 4 nəfər xilas edildi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən çoxmərtəbəli yaşayış binasında 1 halda liftdə qalma və Nərimanov rayonu ərazisində isə 1 azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.
Nazirlikdən “Qafqazinfo”ya verilən məlumata görə, məlumatlarla əlaqədar Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Xilasedicilər tərəfindən həyata keçirilən xilasetmə tədbirləri nəticəsində ümumilikdə 1-i azyaşlı olmaqla 4 nəfər xilas edilib.
Bundan əlavə, Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində dərəyə yuvarlanan yük avtomobilin sürücüsünün meyiti dərədən çıxarılaraq təhvil verilib.