Menu
Xəbər Lenti
Pampers dərdi və bərbər
14-04-2025, 09:50

Pampers dərdi və bərbər

ADY-də yeni təyinat
14-04-2025, 09:42

ADY-də yeni təyinat

Bayramov Lavrovla görüşdü
12-04-2025, 15:50

Bayramov Lavrovla görüşdü

24 Eyl 07:20Manşet / Dünya

ABŞ Yaxın Şərqlə bağlı qərar verdi

abs-yaxin-serqle-bagli-qerar-verdi

ABŞ administrasiyası regionda gərginliyin artması ilə əlaqədar Yaxın Şərqə əlavə hərbçilər göndərir.

“Qafqazinfo” “Reuters”ə istinadən xəbər verir ki, bunu Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib.

Onun sözlərinə görə, buna səbəb Yaxın Şərq regionunda gərginliyin artmasıdır. Lakin yerləşdirilən qüvvələrin dəqiq sayı açıqlanmayıb.

“Yaxın Şərqdə artan gərginlik fonunda bölgədəki qüvvələrimizi gücləndirmək üçün əlavə hərbi kontingent göndəririk. Əməliyyat təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə, şərh vermirik və konkret təfərrüatları açıqlamırıq”, - Rayder deyib.

Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumu ilə başlayan hərbi toqquşmalar davam edir.