Menu
Xəbər Lenti
İnciyirik səndən...
4-10-2024, 08:04

İnciyirik səndən...

Hər gün bir nar yeyin!
3-10-2024, 06:21

Hər gün bir nar yeyin!

Burak Yılmaz istefa verdi
1-10-2024, 07:07

Burak Yılmaz istefa verdi

01 Ekm 07:09Manşet / Dünya

Bu ölkə ordusunu hazırlıq vəziyyətinə gətirdi

 

“İraq ordusunun Suriya və digər ölkələrlə sərhəddə yerləşən bölmələri tam hazırlıq vəziyyətindədir”.

“Qafqazinfo” xəbər verir ki, bunu İraq Silahlı Qüvvələrinin Ali Baş Komandanının rəsmi nümayəndəsi Yəhya Rəsul İNA xəbər agentliyinə müsahibəsində bildirib.

“Hazırda İraqın qonşu dövlətlərlə, xüsusilə də Suriya ilə sərhədlərinin qorunması üçün bütün lazımi tədbirlər görülüb. Bölmələr tam döyüş hazırlığı vəziyyətindədir”.

Y. Rəsul əlavə edib ki, İraq Livana humanitar yardım göstərməkdə davam edir.

Xatırladaq ki, oktyabrın 1-də İsrail Müdafiə Qüvvələri Livanda quru əməliyyatına başladığını elan edib.