“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“İranın əlində Amerika qanı var” - Harris
“İran dünyanın bütün ölkələri arasında ABŞ-nin əsas düşmənidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Amerikanın vitse-prezidenti, Demokratlar Partiyasından prezidentliyə namizəd Kamala Harris CBS telekanalına müsahibəsində açıqlayıb.
“İranın əlində Amerika qanı var. Birləşmiş Ştatlar İranın heç vaxt nüvə gücünə çevrilmək imkanının olmamasına əmin olmalıdır. Bu, mənim üçün əsas prioritetlərdən biridir”, - Harris deyib.
O, ABŞ-nin İranın nüvə silahı istehsal etdiyinə dair sübutlar tapacağı təqdirdə, hərbi əməliyyatlara əl atılacağı ilə bağlı sualları cavablandırmayıb.
Bundan başqa, vitse-prezident Kiyevdən olan nümayəndələrin iştirakı olmadan Rusiya dövlət başçısı Vladimir Putinlə Ukraynadakı münaqişənin həllini müzakirə etməyəcəyini bildirib.
“Ukraynadakı münaqişəyə son qoymaq üçün Putinlə görüşərsinizmi” sualına o, belə cavab verib: “Ukraynasız ikitərəfli əsasda yox. Kiyev ölkənin gələcəyi ilə bağlı söz sahibi olmalıdır”.
Harris Ukraynanın NATO-ya üzvlüyünü dəstəkləmək barədə suala dəqiq cavab verməyib.






















































