QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
“Onun varislərini də məhv etdik” - Netanyahu
İsrail hərbi qüvvələri Livanda “Hizbullah” təşkilatının daha əvvəl öldürülmüş baş katibi Həsən Nəsrullanın iki varisini zərərsizləşdirib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu Livan xalqına müraciətində bildirib.
“Biz “Hizbullah”ın imkanlarını zəiflətdik, Nəsrullanın özü də daxil olmaqla minlərlə terrorçunu, onun varisini və varisinin də varisini məhv etdik. Bu gün “Hizbullah” uzun illər ərzində olduğundan daha zəifdir”, - o deyib.
Bir neçə saat əvvəl İsrailin müdafiə naziri Yoav Qalant “Hizbullah”ı lidersiz təşkilat adlandırıb və Nəsrullanın varisi hesab edilən “Hizbullah”ın icraiyyə şurasının rəhbəri Haşim Safi əd-Dinin də böyük ehtimalla məhv edildiyini açıqlayıb. Onun sözlərinə görə, bu səbəbdən təşkilatda qərar qəbul edən və hərəkət edən yoxdur.






















































