Xəbər Lenti
4-11-2026, 08:07
Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
3-11-2026, 06:41
Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
2-11-2026, 07:43
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
Sandu Moldovadakı seçkilərdə öndədir
Moldovanın hazırkı dövlət başçısı Maya Sandu ölkədə keçirilən prezident seçkilərində 41,84 faiz səslə öndədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ilkin nəticələri Moldovanın Mərkəzi Seçki Komissiyası açıqlayıb.
Hələ ki bülletenlərin 97,88 faizi hesablanıb.
İkinci pillədə isə 26,35 faizlə ölkənin keçmiş baş prokuroru Alensadr Stoyanoqlo yer alıb.
İlk üçlüyü isə səslərin 13,77 faizini qazanan “Bizim partiya”nın lideri Renato Usatıy tamamlayıb.
Qeyd edək ki, səsvermədə səslərin yarıdan çoxunu qazanan namizəd qalib elan ediləcək. Əks halda isə noyabrın 3-də seçkilərin ikinci turu keçiriləcək və burada birinci turun iki lideri iştirak edəcək.
Onu da xatırladaq ki, 52 yaşlı M.Sandu 2020-ci ildən Moldova Prezidentidir.























































