Xəbər Lenti
Bugün, 09:01
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Bugün, 08:58
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Sürücünü öldürüb, taksini qaçırıblar - Ankaradakı terrorun detalları+Video

Ankarada baş verən terror aktı ilə bağlı yeni təfərrüatlar ortaya çıxıb.
“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, terrorçular hadisə yerinə 06 JMT 07 nömrə nişanlı taksi ilə gəliblər.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmalar zamanı hücumçuların taksini qaçırdığı məlum olub.
Hücum zamanı həlak olan 5 nəfərdən biri, taksinin sürücüsü Murat Arslanın meyiti maşının baqajından tapılıb. Bəlli olub ki, siqaret çəkəcəklərini bəhanə edərək, sürücüdən taksini dayandırmağı xahiş ediblər. Bunun ardınca sürücünü silahla qətlə yetiriblər.




















































