Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Neft Fondu səhmlərdən nə qədər gəlir əldə edib? - RƏQƏMLƏR

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) yaranma tarixindən bu ilin sentyabrın 30-na kimi səhm portfeli üzrə 6.4 milyard ABŞ dolları gəlir əldə edib.
Bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq ARDNF-dən bildirilib.
Qeyd edilib ki, Fond indiyə kimi səhm portfeli üzrə izlədiyi əsas indeks olan "MSCI World” indeksi üzrə 7,1 mlrd. dollar həcmində yatırım edib. Bu portfel üzrə gəlirlilik 253% təşkil edib. Ümumilikdə, Fondun səhm portfelinin cari dəyəri 13,5 mlrd. dollara yüksəlib.
Qeyd edək ki, Fondun ARDNF-nin səhm portfelinə "MSCI World” indeksi üzrə 23 inkişaf etmiş ölkənin 11 sektoru üzrə 1410 şirkətin səhmləri daxildir. Bu şirkət səhmlərinin toplam bazar kapitalizasiyası 77 trilyon ABŞ dollarına yaxındır.






















































