Xəbər Lenti
8-01-2026, 09:29
“Milli Konstitusiya və suveren Azərbaycan: Heydər Əliyevin yeni nəsil üçün əbədi mirası” kulturoloji layihəyə start verildi
6-01-2026, 11:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2025-ci ili “KONSTİTUSİYA və SUVERENLİK İLİ” elan etdi
Gürcüstanda qocalar evində yanğın - Ölənlər var

Gürcüstanda qocalar evində yanğın baş verib.
“Qafqazinfo” “Sputnik Gürcüstan”a istinadən xəbər verir ki, hadisə Mtsxeta-Mtinate rayonunun Muxrani kəndindəki “Muxranis Savane” özəl qocalar evində baş verib.
Nəticədə iki ahıl insan ölüb. Yanğın zamanı daha iki nəfər xəsarət alıb.
Qocalar evinin qalan sakinləri isə müvafiq müayinələrdən keçərək, başqa sığınacaqlara köçürülüblər və onlara bütün lazımi xidmətlər göstərilib.
Hadisə ilə bağlı Gürcüstan Daxili İşlər Nazirliyi araşdırmalara başlayıb.






















































