“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Sumqayıt şəhər İcra hakimiyyətinin Hacı Zeynalabdin qəsəbəsi üzrə nümayəndəliyi Lalə Hacıyeva: “18 oktyabr – qürur və azadlıq günümüzdür!”
“Liverpul”dan gedəcəyəm” - Salah
“Liverpul”un hücumçusu Məhəmməd Salah klubundan yeni müqavilə təklifi almadığını açıqlayıb.
“Qafqazinfo” bu barədə “The Athletic”ə istinadən xəbər verir.
“Artıq demək olar ki, dekabrdır, amma mən hələ klubda qalmağımla bağlı bir təklif də almamışam. Görünən odur ki, yayda gedəcəm. Bilirsiniz, uzun müddətdir buradayam. Başqa komanda yoxdur, amma son nəticədə hər şey mənim əlimdə deyil. Mən azarkeşləri sevirəm, onlar da məni. Təəssüf ki, indiki vəziyyəti nə onlar dəyişə bilərlər, nə də mən. Gəlin gözləyək. Əlbəttə, çox üzgünəm, karyeramı bitirməyə hazırlaşmıram. Qısası, hazırda sadəcə, oynayıram. Mövsümə, Premyer Liqanın və Çempionlar Liqasının qalibi olmağa köklənmişəm”.
Qeyd edək ki, 32 yaşlı Salah 2017-ci ildən “Liverpul”da çıxış edir. Salahın “qırmızılar”la hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.