Xəbər Lenti
24-10-2026, 09:13
“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
23-10-2026, 18:16
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Arda Gülər karyerasında bir ilk yaşadı

“Real Madrid”in gənc ulduzu Arda Gülər karyerasında bir ilk yaşayıb.
“Qafqazinfo” xəbər verir ki, türkiyəli futbolçu UEFA Çempionlar Liqası çərçivəsində “Liverpul” ilə keçirilən matçda start heyətdə meydana çıxıb.
19 yaşlı oyunçu karyerasında ilk dəfə Avropanın birinci dərəcəli klub turnirində əsas “11-lik”də yer alıb.
57 dəqiqə meydanda qalan Arda matçın ən yaxşılarından olub. Oyunu 7 balla qiymətləndirilib.
Qeyd edək ki, “Liverpul” doğma meydanda “Real”ı 2:0 hesabı ilə məğlub edib.
Xatırladaq ki, Gülər ötən ilin iyulun 7-dən İspaniya nəhənginin formasını geyinir.






















































