Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Xaçatryana hökm çıxaranlardan biri idi - Hakimlikdən getdi

Bakı Hərbi Məhkəməsinin tanınmış hakimi Rafiq Abbasov təqaüdə göndərilib.
“Qafqazinfo”nun məlumatına görə, Rafiq Abbasov hakimlik fəaliyyəti üçün son yaş həddini başa vurub.
Onun sonuncu işi müdafiə nazirinin yeyintidə ittiham olunan mərhum sabiq müavini Fuad Məmmədovun məhkəməsi idi.
R.Abbasov həmin işdə yan hakim kimi iştirak edirdi. Həmin iş uzandığından o, tərkibdən ayrılıb. Ötən gün Abbasovu ezam gəlmiş hakimlərdən biri əvəzləyib.
Karyerası ərzində çox sayda səs-küylü cinayət işinə hakimlik etmiş R. Abbasov bir neçə gün əvvəl son hökmünü oxuyub. İttihamedici hökmlə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin (TTM) sabiq maliyyə-xidmət rəisi polkovnik-leytenant Rəşad Məlikzadə 11 il 6 ay azadlıqdan məhrum edilib. Bununla da Rafiq Abbasov həmişəlik məhkəmə salonları ilə vidalaşıb.
Qeyd edək ki, Rafiq Abbasov hakimlikdən əvvəl jurnalist fəaliyyəti ilə məşğul olub. Hüquq və jurnalistika diplomlu Abbasovun bir sıra qəzetlərdə yazıları dərc edilib.
O, hakimlik müddətində MTN generalları Mövlam Şixəliyev və Nizami Şirinov, sabiq birlik komandiri general Rövşən Əkbərov, general Nizami Məmmədov və digərləri haqda hökm çıxaran hakimlərdəndir. Azərbaycanlılara qarşı soyqırımı törətməkdə təqsirli bilinən Vaqif Xaçatryana hökm çıxaranlardan biri də bu hakim olub.
Sail Ağasəlim
























































