Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Mango”nun qurucusu faciəvi şəkildə öldü

İspaniyanın “Mango” geyim dizaynı və satışı şirkətinin qurucusu İsak Andik faciəvi şəkildə ölüb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, iş adamı Kataloniya muxtariyyətində dağlıq ərazidə dərəyə yıxılıb.
Məlumata görə, hadisə onun ailəsi ilə ekskursiyada olduğu zaman baş verib. 150 metr hündürlükdən yıxılan Andik, dünyasını dəyişib.
Şirkət mətbuata açıqlamasında ölüm faktını təsdiqləyib.
Qeyd edək ki, İsak Andik İspaniyanın ən zəngin iş adamlarından biri idi.






















































