Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

25 Ara 05:53Manşet / Dünya

Ermənistanda ara qarışdı - “Gedin pensiyanızı alın...”

ermenistanda-ara-qarisdi

Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan 1994-cü ildə atəşkəs əldə olunduqdan sonra aparılan danışıqların yalnız Qarabağın Azərbaycanın tərkibinə qaytarılması ilə bağlı olduğunu bildirib.

“Qafqazinfo” xəbər verir ki, Paşinyanın Qarabağla bağlı etirafı Ermənistanın sabiq prezidentləri -  Levon Ter-Petrosyan, Robert Köçəryan və Serj Sarkisyan arasında narazılıq yaradıb.

Paşinyan da sabiq prezidentləri danışıqlara dair ictimai debatlara dəvət edib. Lakin onlar və nümayəndələri bu təklifi rədd ediblər.

Baş nazir daha sonra feysbuk hesabında paylaşım edərək bunları yazıb:

“Keçmiş prezidentlər deyirlər ki, mənimlə müzakirə edəcəkləri heç nə yoxdur, amma mənimlə 6 ildir ki, uzaqdan, təhlükəsiz məsafədə müzakirə aparırlar.

Müzakirə edəcək bir şeyiniz yoxdursa, o zaman təqaüdlərinizi alın və ya məhkəmə iclaslarınıza gedin, nümayəndələriniz, tanışlarınız, dostlarınız, bəzən də xarici tanışlarınızla birlikdə dediyim hər şeyi ciddiyə almayın”.

“Beləliklə, 1994-cü ildən, yəni atəşkəs başlayandan sonra Qarabağın Azərbaycana qaytarılması ətrafında danışıqlar prosesi gedirdi. Yəni danışıqların yalnız bir nəticəsi ola bilərdi: Qarabağın faktiki olaraq Azərbaycana qaytarılması.

Biz bunu etmədik və yuxarıda göstərilən danışıqlar prosesini əvvəlcədən müəyyənləşdirən beynəlxalq ictimaiyyət müharibəyə belə ciddi müqavimət göstərmədi. Reallıq budur, əziz xalqım.

Üç keçmiş prezidentə gəldikdə, indi onlara və ya nümayəndələrinə nə demək lazımdır?! 

Hörmətli üç keçmiş prezident! Mübahisə mövzusunda fikrinizi dəyişsəniz, deyin. Görüşənədək”.