Menu
Xəbər Lenti
Tramp Çinə gedir
13-05-2026, 06:48

Tramp Çinə gedir

14 yolda tıxac var - Siyahı
12-05-2026, 06:32

14 yolda tıxac var - Siyahı

Neftimiz bahalaşdı
9-05-2026, 09:49

Neftimiz bahalaşdı

DYP-dən xəbərdarlıq
9-05-2026, 09:43

DYP-dən xəbərdarlıq

27 Ara 05:29Manşet / Cəmiyyət

“Hökümə əzm və cəsarət göstərdi...”

hokume-ezm-ve-cesaret-gosterdi

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktauda qəzaya uğraması nəticəsində sağ qalan Yekaterinburq (Rusiya) sakini Sübxonkul Rəhimov TASS-a müsahibəsində stüardessa Hökümə Əliyevanın şücaətindən danışıb.

“Qafqazinfo” xəbər verir ki, o, stüardessanın kritik məqamda əzm və cəsarət nümayiş etdirərək üzərinə düşən vəzifəni mükəmməl şəkildə yerinə yetirdiyini vurğulayıb.

“Pilotlara daha yaxın olan stüardessa, xüsusilə qadın üçün vəziyyətin dəhşətli olmasına baxmayaraq dözdü. O, əzm göstərdi. Belə bir vəziyyətdə yerinə yetirməli olduğu bütün funksiyaları, vəzifələri yerinə yetirirdi”, - deyə Rəhimov bildirib.

“Mən onun göstərişinə əməl etdim və kreslonun söykənəcəyinə sıxıldım”, - deyə agentliyin həmsöhbəti əlavə edib.

Sərnişin stüardessanın öz işini mükəmməl şəkildə yerinə yetirdiyini vurğulayıb:

“O, “sakit olun” deyəndə yadımdadır. Orada bir kişi etiraz edirdi. O, əsasən Azərbaycan dilində danışırdı və insanları sakitləşdirirdi”.

Xatırladaq ki, AZAL-a məxsus təyyarənin qəzaya düşməsi nəticəsində stüardessa Hökümə Əliyeva həlak olub.