Menu
Xəbər Lenti
“Atasının oğlu”
24-12-2024, 11:12

“Atasının oğlu”

28 Ara 08:29Manşet / Gündəm

İSMAYIL ZALOV: Mən Azərbaycan dövlət və dövlətçiliyinə xidmət edirəm

İSMAYIL ZALOV: Mən Azərbaycan dövlət və dövlətçiliyinə xidmət edirəm

Avropa’nın göbəyində Azərbaycan’ın Dəmir Yumruğu. Mən bu gün regionda liderlik edən, dünya dövlətləri arasında yüksək nüfuza və etibarlı tərəfdaşlıq mövqeyinə malik olan Azərbaycan Respublikasının vətəndaşıyam.
Mənim şəxsi müşahidələrim əsasında Avropaqitəsində (Fransa, Almanya, İtalya, Norveç, İsveç, Avusturya, İspaniya ) və diğər dövlətlərin DİN əməkdaşlarının sözdə vətəndaşlarına diqqət yetirdiyi və xidmət etdiyi reallığı əks etdirmir. Müşahidələrim əsasında onların yalnızca sözdə xidmət etdiyini və vətındaşlara zülm etdiyinin şahidi olmuşam. Şişirdilmiş şəkildə yerə göyə sığdırılmayan avropa polisinin sadəcə iktidara xidmət etdiyinin və vətəndaşları heçə saydığı danılmaz bir faktdır. Hər zaman bizlərə demokratik bir qitə olaraq göstərilən avropa qitəsi və dövlətləri, öz içində anti-demokratik yollarla sadəcə iktidar yanlısı qurumlarıyla özünü dünyaya rəzil edir.Turistlərə qarşı zorakılıq edir budur avropa polisi.Avropa polisi keçmişdə olduğu kimi bugündə öz çirkin əməllərindən əl çəkmir. Belə ki avropada qaldığım qısa müddətdə birdaha müşahidə etdim ki, avropa polisi günahsız vətəndaşlarına zülm edir,silah zoruyla öz çirkin əməllərinə alət edir.
Bütün bunlar bir daha göstərir ki, bir çox Qərb ölkələrində.
- Birincisi, dövlət-xalq münasibətlərində radikalizm meylləri, polis zorakılığı açıq şəkil alır.
- İkincisi, iqtisadi kataklizmlər və resessiya siyasi və ictimai sabitliyin pozulmasına doğru aparır.
- Üçüncüsü, demokratiya və insan hüquqları ilə bağlı illüziyalar dağılır, nasizm, millətçilik meylləri güclənir və multikultural dəyərlər sürətlə deqradasiyaya uğrayır.
Bu ölkələrin başqa regionlara, ölkələrə demokratiya ixrac etmək cəhdlərinin, öz maraqlarını təmin etmək naminə radikal dəyişikliklərə nail olmaq təşəbbüslərinin hansı nəticələr verdiyi isə yaxın Şərqin bir sıra ölkələrinin timsalında aydın görünür.
Öz müşahidələrim nəticəsində birdaha deyə bilərəm ki, AZƏRBAYCAN HÜQUQ MÜHAFİZƏ ORQANLARI AVROPAYA NÜMUNƏDİR.
Fəxr olunası hallardan biri də öz vətəndaşlığımızdı. Belə diyarın vətəndaşı olduğum üçün qürur duyuram. Biz bu ifadəni "Mən fəxr edirəm ki, azərbaycanlıyam" kimi də vurğulaya bilərik.
"Azərbaycan". Bəli, bu ad "Vətəndir". Sənin, mənim və gələcək nəsillərin. Mənə görə ana və Vətən eyni anlayışlardır. "Vətən" sözünün mənası nə qədər müqəddəsdirsə, biz onu ana bilirik. Azərbaycanın keşməkeşli, daşlı-kəsəkli, enişli-yoxuşlu keçmişi olub. Belə bir ifadə var: "Fəlakətlərin səbəbi iki şeydən baş verir. Birincisi, gözəllik; ikincisi sərvət". Bu cəhətlərin ikisi də Azərbaycanda var. Tanrı bizə zəngin coğrafi torpaqlar bəxş edib. Belə bir sual eşitmişəm: "Azərbaycanlı olmaq çətindi, yoxsa müsəlman olmaq? Ya da ümumən insan olmaqmı çətindir?". Doğrudur, hər bir halda insan olmaq çətindir. Yer üzərində insanlar çoxdur, ancaq insanlıq çox az rastlanan bir haldır.
Keçmişimizdə bizə çox böyük haqsızlıqlar oldu. Parçalandıq, qopduq, dağılıb-töküldük. Rusiyanın təhriki ilə ermənilər bizə hücum çəkdi. Mənim millətim heç kəsi öldürməyib, heç kəsi incitməyib. Erməni yırtıcıları isə qəddarcasına yüzlərlə günahsız qocanı, körpəni vəhşicəsinə öldürdü. Həm də gözlərini belə qırpmadan.
Həyatının böyük hissəsini vətəninə, torpağına, xalqına həsr etmiş Ulu öndərimiz Heydər Əliyev hər zaman Azərbaycanlı olması ilə fəxr edib öyünmüşdür. istər Azərbaycana rəhbərlik etdiyi illər ərzində, istərsə SSRİ adlanan bir imperiyada fəxri kürsülərdə əyləşdiyi, fəaliyyət göstərdiyi zamanlarda belə onu Azərbaycan məhəbbəti, azərbaycançılıq hissləri bir an da olsa tərk etməmişdir.
Həm Azərbaycanda dinc quruculuq dövrlərində, həm Dağlıq Qarabağ münaqişələri vəziyyətində, həm vətənimizin üzərini qara buludlar alıb, vətəndaşlarımız qanına-qəltan edilib, tanklar dinc həmvətənlərimizi tozatorpağa qarışdırdığı zamanlarda Ulu öndərin qəlbi Azərbaycan eşqi ilə tutuşub yanmışdır. O, vətəndə və vətəndən uzaqlarda olduğu vaxtlarda da özünü vətənində xalqı ilə bir yerdə hiss etmişdir.
Belə çətin anda xalq həmişə ona dayaq olan, “ qoy ədalət həmişə zəfər çalsın ” – deyən Heydər Əliyevi hakimiyyət sükanının arxasına gətirdi. Mavi dalğalar qoynunda qasırğalarla çarpışan AZƏRBAYCAN adlı gəminin yelkənləri bir daha enməmək üzərə qalxdı. Özünün də dediyi kimi “ Azərbaycan dünyaya Günəş kimi doğdu ”. 1993 – cü ildə xalqın təkidi ilə Naxçıvandan Bakıya qayıdan Heydər Əliyev Azərbaycan Parlamentinin sədri seçildi. O, xalqa müraciətində deyirdi: “Mən burada, Milli Məclisin iclasında bu tribunadan üzümü tuturam bizim qardaşlarımıza, bacılarımıza, övladlarımıza və müraciət edirəm. Bildirirəm ki, bizim respublika indi ağır vəziyyətdədir. Bizim ən böyük çətinliyimiz, bir də deyirəm, işğal olunan torpaqlarımızı geri qaytarıb, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etməkdən ibarətdir. Ona görə də bütün iğtişaşlar, daxili didişmələr bir kənara qoyulmalıdır... Bu dövrdə bütün qüvvələr birləşməlidir, bütün siyasi partiyalar, bütün siyasi qurumlar, bütün siyasi və ya ictimai təşkilatlar, bütün insanlar hamısı birləşməlidir. Hamı kin – küdurəti kənara qoymalıdır, hamımız birləşib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmalıyıq ”.
Xalqın “ Bizi bu bəladan xilas et! ” çağırışı cavabsız qala bilməzdi. Müstəqil idi Azərbaycan, ancaq Onun gəlişi ilə bu müstəqilliyi sözdə deyil, əməli fəaliyyətdə, real inkişafda, əmin – aman həyat tərzində tapdı xalqımız.
Səninlə hər bir azərbaycanlının öyünməyə, fəxr etməyə haqqı var, Heydər baba! Düşünmədən və mübaliğəsiz demək olar ki, Azərbaycanın ən azı son 500 illik tarixində Heydər Əliyevə bərabər olan siyasi xadim demək olar ki, yoxdur.
Ən böyük sevincimə səbəb isə ömrünü sərf etdiyin, qurduğun, yaratdığın dövlətin, Sənin layiqli davamçın, Azərbaycanın lideri İlham Əliyevin əllərində olmasıdır. Ulu öndərimiz Heydər Əliyevin bünövrəsini qoyduğu siyasətin cənab Prezident, Sizin tərəfinizdən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün gənclərimiz ölkənin ictimai həyatında fəal iştirak etməklə yanaşı, beynəlxalq miqyasda da ardıcıl uğurlar qazanırlar. Biz fəxr edirik ki, bu gün dövlətimiz inkişafın Azərbaycan modelini yaradaraq yüksək və dinamik sosial – iqtisadi sıçrayışa nail olmuş, geniş beynəlxalq müqavilələr sisteminə qoşulmuş, demokratik, hüquqi dövlət imicini beynəlxalq aləmdə formalaşdırmışdır. Nəhayət, Azərbaycanın ən ali qurum olan BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi, cənab Prezident, şəxsən Sizin və gənc dövlətimizin tarixi qələbəsidir.
Mən İsmayıl Zalov öz xarici səfərlərimdə ( tədbir, yığıncaq, seminarlarda ) hərzaman Azərbaycan dövlət və dövlətçiliyinə xidmət etdiyimi, ölkə daxili və ölkə xarici bizlərə düşman olan hərkəsin qarşısında dimdik durduğumu sübut etmişəm. Gələcək faaliyyətlərimdə birdaha sübut edəcəm. Uzun illərdir gecə- gündüz demədən yalnızca Azərbaycan Dövlətçiliyini müdafiə edir dəstəkləyir və xidmət edirəm. Məhz mənə görə əsl sevgi göstərgəsi budur. Xarici səfərlərimdə və siyasi arenalarda Azərbaycan dövlətin hərbir strukturunun şəffaf və demokratik olduğunu. Dövlətimizin vətəndaşlarımızın hüquqlarını avropa standartlarına uygun müdafiə etdiyini. Yalnızca daxili yox, ölkəmizdə səfərdə olan xarici vətəndaşlarımızında təhlükəsizliyinin, hüquqlarının qorunduğunu sübutlarla demişəm.
Zalov İmza Tv Alyans’ın təsisçisi( Beynəlxalq Hüquq Eksperti: İsmayıl Zalov Rəsmi səfərində: Fransa Strazburg da yerləşən Avropa İnsan Haqları Məhkəməsində çıxışları zamanı bir çox mövzuya diqqət yetirib. O Azərbaycanın uzun illərdir təsdiqlənməyən BMT 4- qətnaməsi, təcəvüzkar ermənistanın Dağlıq qarabağda etdiyi vəhşiliklər, Qondarma Dağlıq Qarabağ Respublikasının Azərbaycanın Dədə-baba torpağı olan ərazilərə necə zərər verdiyi haqda sərt çıxışlarda iştirak edib.Eyni zamanda, Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi istiqamətində Ali Məhkəmə tərəfindən həyata keçirilən tədbirlər, “İnsan hüquqları və əsas azadlıqları haqqında Avropa Konvensiyası”nın kontekstində, xüsusilə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin perspektivləri baxımından qərarların əsaslandırılması ilə bağlı məsələlərin müzakirəyə çıxarıldığı qeyd edib. İsmayıl Zalov Rəsmi səfəri zamanı Azərbaycan Xüsusi Hüquq Mühafizə orqanlarının avropaya necə nümunə olduğunu ( daxili və xarici vətəndaşların təhlükəsizliyinin, hüquqlarının qorunmasının təşkilinin) avropaya necə nümunə olduğunu birdaha sübut edib. Azərbaycanın xüsusi təhlükəsizlik orqanların xarici və daxili vətəndaşlara xidmətinin Ümumdünya təhlükəsizlik endeksində üst pillələrdə olmasının bir nümunəsidir.
“Çıxışı zamanı 30 il işğal altında qalmış, dağıdılmış və viran qoyulmuş bir ərazinin indi gedin baxın görün Cənab prezident xalqına necə xidmət edir, əsl Lider belə olmalıdır” sözüylə birdaha Azərbaycanın haqlı olduğunu sübut etmişdir.
Bir ölkəni digərlərindən fərqləndirən cəhətlərlə yanaşı, onu tanıdan atributu olur. Bu, bayraqdır. Ən mənalı məzmuna malik olan bayraq məhz bizim bayraqdır - üçrəngli bayrağımız.
Bir zamanlar çətin vəziyyətdə idik. Onda tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanı xilas etdi. Burulğanlı dənizdə gəminin kapitanı idi və onun idarə etdiyi sükan bizi dəhşətli tufandan qurtardı. "Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam", - Heydər Əliyevin bu kəlamı Azərbaycana sonsuz sevgidir. Heydər Əliyevin daha bir ifadəsi də - "Cəmiyyət olmadan şəxsiyyət formalaşa bilməz" hər birimizin düşüncələrimizə hopub.
Bizim sözümüz durmaq yox, yola davam. Biz bu yolda canımızından belə keçməyə hazırıq.
Fransanın-Strazburg şəhərindən birdaha deyirəm ki, Mən keçmişdə olduğu kimi bugündə fəxr edirəm ki mən Azərbaycanlıyam.
YAŞASIN AZƏRBAYCAN DÖVLƏTÇİLİYİ.
YAŞASIN ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV.

Vətəndaş Hüquqları üzrə Beynəlxalq təşəbbüskar.
Azərbaycan təmsilçisi, Beynəlxalq Hüquq üzrə ekspert vəzifəsinə təyin olunmuşdur.
Zalov İmza Tv Alyans’ın təsisçisi
Beynəlxalq Hüquq Eksperti: İsmayıl Zalov