Vətəndaşlara küllü miqdarda ziyan vuran dələduzlar Məhəmmədəli və Xəyal sevgili olublar
Prezidentdən dünyaya mesaj: Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə paylaşım etdi (FOTO)
Mehriban Əliyeva: Qoy yer üzündəki bütün azərbaycanlılar sağlam və xoşbəxt olsunlar
Zurabişvili prezident iqamətgahını tərk etdi: "Legitimliyi özümlə aparıram"
Gürcüstan prezidentinin iqamətgahı - Orbeliani Sarayını tərk edən Salome Zurabişvili legitimliyi özü ilə aparacağını bildirib.
Qaynarinfo Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bunu Zurabişvili keçirdiyi brifinqə bildirib.
"Mən iqamətgahı tərk edirəm və legitimliyi özümlə aparıram. Xalq olmayan yerdə legitimlik yoxdur. Mən sizinlə birlikdə olacağam", deyə Zurabişvili tərəfdarları qarşısında bəyan edib.
Salome Zurabişvili daha əvvəl Orbeliani sarayını tərk etməyəcəyini bildirmişdi.
Qeyd edək ki, bu gün Mixeil Kavelaşvili parlament binasında Gürcüstan xalqı qarşısında and içərək ölkənin sayca altıncı prezidenti olub:
"Mən, Gürcüstan Prezidenti, Allah və xalq qarşısında Gürcüstanın Konstitusiyasını, ölkənin müstəqilliyini, bütövlüyünü və bölünməzliyini qoruyacağıma, prezidentin vəzifələrini vicdanla yerinə yetirəcəyimə, ölkəmin vətəndaşlarının təhlükəsizliyi və rifahının, xalqımın və Vətənimin dirçəlişi və qüdrətinin qayğısına qalacağıma and içirəm".