“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İsrailin müdafiə naziri Qəzzanı güclü atəşə tutmaqla hədələdi

İsrailin müdafiə naziri İsrael Katz HƏMAS-ı hədələyib. O bildirib ki, əgər hərəkat saxladığı israilli girovları azad etməz və İsraili vurmağa davam edərsə İsrail ordusu Qəzza zolağına zərbələr endirəcək
APA xəbər verir ki, "The Times of Israel” qəzetinin yazdığına görə o, bunu Qəzza ilə sərhəddə yerləşən Netivot şəhərinə səfəri zamanı deyib.
"İsrailin Co Baydenin müəyyən etdiyi prinsiplərə uyğun olaraq genişmiqyaslı kompromislərə getməyə hazır olmasına baxmayaraq, əgər HƏMAS Qəzzadakı israilli girovları tezliklə azad etməsə və İsrailin məskunlaşdığı əraziləri atəşə tutmağa davam etsə, o, Qəzzada uzun müddətdir ki, müşahidə olunmayan böyüklükdə zərbələrin şahidi olacaq”, - deyə o bildirib.
Müdafiə naziri həmçinin anklav sakinlərinə müraciət edərək HƏMAS-ı devirməyə çağırıb.






















































