Xəbər Lenti
Dün, 13:04
Azərbaycanın enerji təhlükəsizliyi və yaşıl inkişaf strategiyasının yeni mərhələsi başlayır
Dün, 08:46
Yaşıl enerjiyə keçid və güclənən enerji təhlükəsizliyi: Azərbaycanın regional və qlobal missiyası
Dumanlı hava qəzaya səbəb oldu - Ölən var

Qusarda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Qusar-Şahdağ avtomobil yolunda baş verib.
Belə ki, “Nissan Patrul” markalı minik avtomobilinin sürücüsü hərəkətdə olarkən idarəetməni itirib və avtomobili əvvəlcə “Mercedes Viano” markalı sərnişin mikroavtobusuna, daha sonra isə avtomobili yol kənarındakı ağaca vurub.
Qəza zamanı Bakı şəhər sakini 2014-cü il təvəllüdlü Əliyev Ziya Əziz oğlu hadisə yerində ölüb.
İlkin ehtimala görə qəzaya dumanlı hava şəraiti səbəb olub.
Faktla bağlı araşdırma aparılır.
Mübariz Muradov























































