Menu
Xəbər Lenti
Güclü külək əsir
Dün, 10:22

Güclü külək əsir

Neftimiz ucuzlaşdı
Dün, 10:10

Neftimiz ucuzlaşdı

Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

11 Ock 11:12Manşet / Gündəm

Bakının mərkəzi küçəsində səkilər zəbt olundu

Bakının mərkəzi küçəsində səkilər zəbt olundu (VİDEO)

Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.
Qaynarinfo-nun Baku TV-yə istinadən məlumatına görə, ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.
Sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər: "Səki yoxdur, məcburən maşın yoluna çıxırıq. Onda da təhlükə ilə üzləşirik”.
Ərazidə çalışan ustalar isə deyir ki, piyada səkisi yenidən bərpa olunacaq.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 yanvar 2025-ci il tarixində sözügedən əraziyə baxış keçirilib:
"Ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb. Parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilən qaydada razılaşdırılmayıb. Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ünvanlanıb, müvafiq göstərişlər verilib”.
Daha ətrafı süjetdə: