Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
QHT sədri İmişli rayonunda 70 aztəminatlı ailənin uşaqlarına məktəb geyimləri və ləvazimatlarə təqdim edib
“Volvo” dünyanın ən etibarlı avtomobil markaları sırasındadır - Mükəmməllik standartı
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
“Qarabağ”a Juninyo üçün 5 milyon avroluq təklif

“Flamenqo” klubu Juninyonun transferi üçün “Qarabağ”a ikinci təklifi göndərib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Brazliyanın “Bola VİP” nəşri məlumat yayıb.
Bildiirilib ki, Ağdam klubu Rio-De-Janeyro təmsilçisinin 4 milyonluq ilkin təkifinə rədd cavabı verib. Bu gün braziliyalılar məbləği artırmaqla ikinci təklifi irəli sürüblər.
Bu dəfə onlar təzminat olaraq “Qarabağ”a 5 milyon avro təklif ediblər. Klub futbolçunu tezliklə həyətinə qatmaq istəyir.
Məlumata görə, hazırda “Flamenqo” rəhbərliyi “Qarabağ”dan cavab gözləyir. Bakı və Rio arasında 7 saatlıq zaman fərqi isə danışıqları bir qədər ləngidir.
Qeyd olunur ki, Juninyo özü “Flamenqo”da oynamaq istəyir. Buna görə də o, “Sevilya”nın (İspaniya) təklifini rədd edib.
Braziliyadakı başqa qaynaqlar iddia edib ki, “Qarabağ” “Flamenqo”dan 6 milyon avro tələb edir. Amma Rio təmsilçisi qızıl ortanı tapmaq üçün 5 milyon təklifi irəli sürüb.






















































