Xəbər Lenti
Bugün, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 07:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
ABŞ-dakı yanğında azərbaycanlı iş adamının evi və maşınları yandı

ABŞ-nin Los Angeles şəhərində baş verən fəlakətli yanğın günlərdir davam edir.
"Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, hadisə nəticəsində azərbaycanlı iş adamı da zərər çəkib. Belə ki, əslən Gəncədən olan iş adamı Frank Solmanın da evinin və maşınlarının yanıb kül olduğu deyilir.
Qeyd edək ki, son xəbərə görə, qeydə alınan meşə yanğınları nəticəsində 16 nəfərin həyatını itirdiyi bildirilir. Eyni zamanda 13 nəfərin itkin düşdüyü məlum olub. Yanğın 15 min hektardan artıq bir ərazidə yayılıb. 12 mindən çox tikiliyə zərər dəydiyi qeyd olunur.
Bildirək ki, Frank Solman Bakıda anadan olub. 22 yaşında orta məktəbi və hüquq fakültəsini bitirib. 2000-ci ildə ABŞ-a köçüb. Hal-hazırda o, SOCAL ENERGY Inc və Leadsack Inc şirkətinin baş direktorudur.
.jpeg)























































