Xəbər Lenti
10-12-2025, 18:04
Azərbaycan–Slovakiya strateji tərəfdaşlığı: Enerji təhlükəsizliyi və yeni qlobal imkanlar
7-12-2025, 07:44
İran üçün fəlakət ili: Böhranlar, müharibə və xaosa gətirib çıxara biləcək problemlər
7-12-2025, 07:39
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk?
7-12-2025, 07:35
Azərbaycanda UNİKAL TAPINTI: Astarada Səfəvilərə aid döyüş bayrağının başlığı aşkar edilib
Xalq artisti Buzovnadakı bağ evini satışa çıxardı - Səbəbini açıqladı

Azərbaycanın Xalq artisti, tanınmış kino və teatr aktyoru, "Şöhrət" ordenli Hacı İsmayılov bağ evini satışa çıxarıb.
Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bu barədə o, özü bildirib.
Onun sözlərinə görə, Buzovna qəbəsində yerləşən bağ evini ötən ilin əvvəllərində həyat yoldaşının çoxdankı arzu-istəyi ilə alıb. Məqsəd isə xüsusən yay aylarında burada dincəlmək və istirahət etmək olub. Onlar mülkə sahibləndikdən sonra isti aylarda bir müddət bu evdə yaşayıblar.
Xalq artisti söyləyib ki, amma sonradan həyat yoldaşı dizindən əməliyyat olunub və artıq yerimə qabiliyyətini itirdiyi üçün bu bağa gəliş-gediş çətinləşib. O, bu səbəbdən bağ evini satmaq qərarına gəlib.
4,5 sot həyətyanı sahəyə malik olan bağ evi 3 yataq və 1 qonaq otağından ibarətdir.
Evin həyətində nar, üzüm, tut, əncir və digər meyvə ağacları mövcuddur.
Xalq artisti Hacı İsmayılov bağ evini 80 000 manata təklif edir.




















































