Xəbər Lenti
Bugün, 11:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
Dün, 13:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
18-09-2026, 15:15
Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
“Qarabağ” - FCSB oyununun biletləri satışa çıxarılır

UEFA Avropa Liqasının Liqa mərhələsi çərçivəsində keçiriləcək “Qarabağ” - FCSB (Rumıniya) oyununun biletləri bugün saat 12:00-dan etibarən satışa çıxarılacaq.
“Qafqazinfo” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150 manat təşkil edir.
VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.
Satış məntəqələri:
iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.























































