Xəbər Lenti
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
“Barselona”nın yeni 10 nömrəsi

“Barselona”nın vingeri Lamin Yamal gələn mövsümdən etibarən klubda 10 nömrəli formanı geyinəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “El Chiringuito” məlumat yayıb.
2008-2021 illərində argentinalı ulduz Lionel Messi “Barselona”nın heyətində 10 nömrə geyinib. Onun klubdan ayrılmasından sonra bu nömrə Ansu Fatiyə məxsus olub.
Qeyd edək ki, hazırda Yamal 19 nömrə altında oynayır.
Onu da əlavə edək ki, bu mövsüm Lamin bütün turnirlərdə 24 matçda iştirak edib, 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalına görə, futbolçunun transfer qiyməti 180 milyon avrodur.






















































