Menu
Xəbər Lenti
Bakıda 35° isti olacaq
1-09-2025, 14:48

Bakıda 35° isti olacaq

Prezident Çinə getdi
30-08-2025, 18:13

Prezident Çinə getdi

Neftimiz ucuzlaşdı
29-08-2025, 09:43

Neftimiz ucuzlaşdı

UEFA reytinqində irəlilədik
28-08-2025, 09:26

UEFA reytinqində irəlilədik

Neftimiz bahalaşdı
28-08-2025, 09:24

Neftimiz bahalaşdı

19 Ock 07:59Manşet / Gündəm / Dünya

Ərdoğan xəbərdarlıq etdi: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Ərdoğan xəbərdarlıq etdi: Suriyada antiterror əməliyyatlarına başlaya bilərik

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyadakı terrorçulara növbəti dəfə xəbərdarlıq edib.

Qaynarinfo xəbər verir ki, o, bu barədə Mersin vilayətindəki çıxışında deyib.

"Terrorçular çağırışlarımıza əməl etməsələr, uğurlu əməliyyatlarımız nəticəsində məsələni özümüz həll edərik. Artıq regionun gələcəyini bölgənin qədim xalqları müəyyənləşdirəcək”, - o bildirib.

Dövlət başçısı söyləyib ki, regiondakı yüzillik oyun pozulub: "Bölgəmizdə qardaşlıq, sabitlik təmin olunur”.

Prezidentin sözlərinə görə, rəsmi Ankara Suriyada yeni ssenarilərin qarşısını almaqda israrlıdır: "Yaxın gələcəkdə Suriyada üçdəbir hissəsini işğal edən YPG terror təşkilatının mövcudluğuna tamamilə son qoymaq üçün addımlar atacağıq”.