Xəbər Lenti
Bugün, 10:11
Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"
Bugün, 09:19
Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"
Dün, 11:39
Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var"
“Hər ölkə özünə aid sahədə sübutları toplayır” - Kamran Əliyev
“Prezident İlham Əliyevin tapşırığına əsasən, bütün aidiyyəti dövlət qurumları Aktaudakı təyyarə qəzası ilə bağlı səfərbər olundular və öz üzərlərinə düşən vəzifələri yerinə yetirdilər”.
“Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
Baş prokurorun sözlərinə görə, prokurorluq tərəfindən ölkə rəhbərliyinin göstərişi ilə cinayət işi başladıb, həm Qazaxıstan, həm də Rusiyanın aidiyyəti qurumları ilə bununla bağlı birgə araşdırma aparılır.
K.Əliyev qeyd edib ki, qəzaya görə Rusiya, Azərbaycan və Qazaxıstanda cinayət işi başlanıb. Hər ölkə özünə aid sahədə sübutları toplayır, sonradan bu sübutların təhlili və təqsirli şəxslərin müəyyən edilib cəlb edilməsi təmin ediləcək.
Sail Ağasəlim