“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
İdman Akademiyası vergidən yayınırmış

Hesablama Palatasının Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında apardığı audit yoxlaması nəticəsində təhsil ocağında bir sıra nöqsanlar aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bunlardan biri də İdman Akademiyasınının vergidən yayınmasıdır.
Belə ki, akademiyada müxtәlif ixtisaslarda mütәxәssislәrin hazırlanması üzrә mәslәhәt, tәdris vә praktik tәlim xidmәtlәrinin göstәrilmәsinә dair Akademiya tәrәfindәn qeyri-rezident şәxslәrlә bağlanılmış xidmәt müqavilәlәrinin icrası zamanı Azәrbaycan Respublikası Vergi Mәcәllәsi ilә müәyyәn olunmuş ödәmә mәnbәyindә vergi tutulmasına dair tәlәblәrә tam әmәl olunmamış, bәzi müqavilәlәr üzrә qeyri-rezident şәxslәrә vәsait köçürülәrkәn vergi tutulmamış, Akademiya ilә qeyri-rezident şәxslәr arasında bağlanılmış xidmәt müqavilәlәrindә razılaşdırılmış qiymәtlәrә bir qayda olaraq Azәrbaycan Respublikasının qanunvericiliyi ilә müәyyәn olunmuş vergi vә mәcburi ödәmәlәr daxil edilmәyәrәk ödәmә mәnbәyindә vergi mәblәği әlavә olaraq hesablanıb.
Ümumilikdә, Akademiya ilә qeyri-rezidentlәr arasında bağlanılmış xidmәt müqavilәlәri üzrә auditlә әhatә olunan dövr әrzindә cәmi 42,9 min manat vergi hesablanmamış
vә dövlәt büdcәsinә köçürülmәsi tәmin olunmayıb.






















































