Xəbər Lenti
27-02-2026, 10:14
Məktəblərdə şagirdlərin pis vərdişlərdən qorunması: maarifləndirmənin zəruriliyi və məsuliyyət bölgüsü.
26-02-2026, 12:27
Ali Baş Komandanımız İlham Əliyev Xocalımızı geri aldı və soyıqrım cinayətini memorialla əbədiləşdirdi-Könül Nəbizadə
26-02-2026, 05:15
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım edildi - Foto
26-02-2026, 05:07
Prezidentin sosial şəbəkə hesablarında Xocalı soyqırımı ilə bağlı paylaşım olundu - Foto
25-02-2026, 12:11
Bir şamın işığında görünən qaranlıq: tapdanmış hüquqların dövlət vicdanına çatdırdığı susmayan həqiqət
"Dost dövlətlər arasında ara-sıra müəyyən anlaşılmazlıqlar ola bilər" - Deputat

"İstənilən anlaşılmazlığı hər iki ölkə yoluna qoymaq iqtidarındadır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə Azərbaycanla Rusiya arasında ikincinin günahı üzündən yaşanan müəyyən gərginliyin artaraq ikitərəfli müttəfiqlik münasibətlərinə xələl gətirə bilməsi məsələsini şərh edərkən deyib.
Aydın Mirzəzadə bildirib ki, müttəfiq, dost dövlətlər arasında ara-sıra belə müəyyən anlaşılmazlıqlar ola bilər:

"Rusiya ilə Azərbaycan dost və müttəfiq ölkələrdir. Bu münasibətlərimiz heç zaman pozula bilməz. Düzdür, Rusiya ərazisində təyyarəmizin vurulması xoşagəlməz hadisədir. Təəssüf ki, yerlərdə müəyyən strukturların öz fəaliyyətlərini koordinasiya etməməsi buna gətirib çıxardı. Eyni zamanda, Rusiyanın Azərbaycandan gec üzr istəməsi də istər-istəməz müəyyən söhbətlərin yaranmasına səbəb oldu. Hesab edirəm ki, istənilən anlaşılmazlığı hər iki ölkə yoluna qoymaq iqtidarındadır".
Deputat vurğulayıb ki, qaldırılan məsələlər öz həllini tapacaq və möhkəm olan münasibətlərimiz bundan sonra da möhkəm olmaqda davam edəcək.
Qeyd edək ki, keçən ilin dekabrın 25-də Rusiya səmasında AZAL-a məxsus mülki təyyarənin qəzaya uğraması ilə bağlı son günlər Rusiya ilə Azərbaycan arasında müəyyən doyuqluq elementləri özünü göstərir. Əslində bu soyuqluğu da yaradan Rusiya tərəfi, onun hadisəyə qərəzli yanaşan mətbuatıdır. Vəziyyətin normal məcraya qayıtması üçün isə Rusiya tərəfi Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, üzr istəməli, kompensasiya ödəməli və günahkarları cəzalandırmalıdır. Hələlik isə Moskva yalnız üzrhaqlıq bildirib. Belə vəziyyətin aradan qaldırılmaması isə münasibətlərin gələcəkdə gərginləşməsinə, tərəfələr arasında imzalanan mühüm əhəmiyyətli müqavilələrin icrasının dondurulmasına gətirib çıxara bilər.
Rüfət Sultan























































