Xəbər Lenti
Bugün, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Bugün, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Bugün, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Bugün, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
Dün, 10:43
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
Kirayə mənzil bazarında son vəziyyət necədir?

Son vaxtlarda kirayə mənzil bazarında yeni tendensiya müşahidə olunur. Əvvəl daha çox əşyalı mənzilə rast gəlinirdirsə, indi evlər daha çox boş təklif olunur.
Qaynarinfo Xəzər TV-yə istinadən məlumat verir ki, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı deyir ki, mülkiyyətçi mənzili yenidən təmir etdikdən sonra onu əşya ilə təmin etməkdə maraqlı olmur. Hər iki halda mənzilin kirayə qiyməti təqribən eyni təklif edildiyindən bazarda bu tendensiya yaranıb.
Ramil Osmanlı bildirib ki, kirayə mənzil bazarında hazırda tələb təklifi üstələdiyindən qiymətlərdə artım müşahidə olunur. Üstəlik bu artım dövri xarakter daşımır.
Ekspert bildirib ki, paytaxtda istismar müddəti başa çatmış və müəyyən layihələr çərçivəsində sökülməsi planlaşdırılan xeyli bina var. Bunu nəzərə alsaq, kirayə mənzil bazarında qiymət artımının davam etməsi gözlənilir.
Ətraflı süjetdə:























































