“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Məhkəmə Tramp administrasiyasını digər ölkələrə yardım göstərməyə məcbur edən qərar çıxardı

Kolumbiya dairəsi federal məhkəməsi Prezident Donald Trampın administrasiyasını ABŞ-nin digər ölkələrə əvvəllər dayandırılmış yardımını müvəqqəti olaraq bərpa etməyə məcbur edib.
Qaynarinfo Report-a istinadən xəbər verir ki, bu barədə məhkəmənin elektron bazasında dərc edilmiş qərarda bildirilib.
Sənəddə vurğulanıb ki, Vaşinqton administrasiyası məsələyə dair hərtərəfli izahat verməyib. Qərara əsasən, dəymiş zərərin miqyasının artmasının qarşısını almaq üçün ABŞ hakimiyyəti məhkəmə araşdırması müddətində yardım göstərilməsinə qoyulan qadağanı ləğv etməlidir. Söhbət ABŞ-nin digər ölkələrə yardım göstərməsi ilə əlaqədar müxtəlif ABŞ təşkilatları və şirkətlərinə dəyən zərərdən gedir.
Tramp administrasiyasına qarşı iddia bu həftənin əvvəlində bir qrup hüquq müdafiə təşkilatı, ticarət-sənaye birlikləri və podratçı təşkilatlar tərəfindən qaldırılıb. Onlar xarici yardımın dondurulmasının tam ləğvini tələb edirlər. İddiaçılar Tramp administrasiyasının qəbul etdiyi tədbirlərin onlara ciddi ziyan vurduğunu bildiriblər.






















































