Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Əhali bu il siqaretə nə qədər pul xərcləyib? (VİDEO)

Bu ilin yanvar ayında əhalinin pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin yarıdan çoxu - 54,4%-i ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşüb.
Xezerxeber.az-ın xəbərinə görə, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla 473,5 manat xərcləyib.
Bu vəsaitin 257,8 manatı ərzaq məhsulları, içkilər və tütün məmulatlarının alınmasına sərf edilib.
Satıcılar da qiymətlərdə artım olmasına baxmayaraq, həm siqaretə, həm də içkiyə olan tələbatın ərzaq məhsullarından az olmadığını deyirlər.
İqtisadçı Xalid Kərimli deyir ki, vəsaitin xeyli hissəsinin ərzaq məhsulları, içkilər və tütün məmulatlarının payına düşməsinə səbəb həm də qiymətlərdəki dəyişiklikdir.






















































