Xəbər Lenti
17-07-2025, 10:56
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Şuşada inşa edilən birinci yaşayış kompleksində olublar
17-07-2025, 10:52
Füzuli RİH başçısı Alı Alıyev və “Azərşəkər” MMC-nin şəhid ailəsinə qarşı ədalətsiz davranışı: Torpaq əlindən alınıb?! – İDDİA/VİDEO
17-07-2025, 09:36
İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxdı
Bakıda binada partlayış - Xəsarət alan var
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küşəsində yerləşən çoxmərtəbəli yaşayış binasının mənzilində partlayış baş verməsi barədə məlumat daxil olub.
FHN-dən Qaynarinfo-ya bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı onmərtəbəli yaşayış binasının 10-cu mərtəbəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ziyan dəyib, bir nəfər xəsarət alıb.
FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.