İlham Əliyev Ərəb Koordinasiya Qrupuna daxil olan üzv qurumların rəhbər şəxslərini qəbul edib
Gəncənin Su Təchizatının İnkişafına və Əhalinin Rahatlığına Xidmət Edən Rəhbər – Şöhrəddin Verdiyev
Elxan Yaqubov – Sahibkarlıq, tibb və maarifçilik fəaliyyətini uğurla birləşdirən ziyalı
Инициативная группа по созданию политической партии «Туран» приступает к подготовке Учредительного съезда
Leyla Əliyeva Bonnda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb
Leyla Əliyevanın iştirakı ilə Bonnda Xəzərin səviyyəsinin azalmasının ekoloji təsirləri müzakirə olunub
Azərbaycanda ixracın rəsmiləşdirilməsi üzrə xərclər kompensasiya ediləcək - FƏRMAN
Hüquq elmləri doktoru, professor, ictimai-siyasi xadim, əməkdar müəllim İbrahim Quliyev: “15 İyun Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilası tarixidir”
Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərə yeni imkanlar təklif edir

Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaz mövsümündə sərnişinlərə yeni və genişlənmiş səyahət imkanları təklif edir.
“Qafqazinfo” xəbər verir ki, aparıcı aviaşirkətlər marşrut şəbəkələrini genişləndirərək, mövcud istiqamətlər üzrə uçuşların sayını artırır və səyahətləri daha rahat və əlçatan edir.
• 2 martdan etibarən Air Astana Bakı - Almatı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirəcək.
• 21 martdan etibarən Fly Arystan Bakı - Aktau marşrutu üzrə reysləri bərpa edəcək.
• 30 martdan etibarən:
- Pegasus Airlines Dalaman istiqamətində müntəzəm uçuşlara başlayacaq.
- Flynas Bakı - Dammam marşrutu üzrə birbaşa reyslərə start verəcək.
- Uzbekistan Airways Bakı - Daşkənd marşrutu üzrə uçuşların sayını həftədə dörd dəfəyə qədər artıracaq.
• 15 aprel tarixindən Aegean Airlines Bakı - Afina marşrutu üzrə birbaşa reysləri bərpa edərək Yunanıstanla hava əlaqəsini yenidən açacaq.
• 28 aprel tarixindən AZAL Tivat istiqamətində birbaşa uçuşlar açacaq və sərnişinlərə Monteneqronun füsunkar təbiətini kəşf etmək üçün unikal imkan yaradacaq.
Bundan əlavə, Roma, İstanbul, Küveyt və Ər-Riyad istiqamətlərində reyslərin sayı artırılacaq. Tel-Əvivə uçuşları artıq təkcə AZAL və Israir deyil, həm də Arkia həyata keçirəcək ki, bu da sərnişinlərə daha çox seçim imkanı verəcək.
Sərnişinlər həmçinin Avropa, Yaxın Şərq və Asiyanın əsas turistik və biznes mərkəzlərinə birbaşa uçuşlardan faydalana biləcəklər. Populyar istiqamətlərə Berlin, Paris, Vyana, Barselona, Praqa, Budapeşt, Dubay, Abu-Dabi, Küveyt, Dammam, Pekin, Urumçi, Maldiv adalarındakı Male, Şarm əl-Şeyx və digər şəhərlər daxildir.
Yaz aylarında hava səyahətlərinə olan ənənəvi yüksək tələbatı nəzərə alaraq, sərnişinlərə aviabiletlərini əvvəlcədən sifariş etmələri və səyahətlərini əvvəlcədən planlaşdırmaları tövsiyə olunur.























































