Menu
Xəbər Lenti
“Azeri Light” ucuzlaşdı
14-03-2025, 07:36

“Azeri Light” ucuzlaşdı

Kim kimə rəqib oldu?
13-03-2025, 06:38

Kim kimə rəqib oldu?

Prezident qəbullar keçirdi
12-03-2025, 08:34

Prezident qəbullar keçirdi

Azərbaycan nefti ucuzlaşdı
11-03-2025, 06:59

Azərbaycan nefti ucuzlaşdı

Bu ərazilərdə duman var
11-03-2025, 06:53

Bu ərazilərdə duman var

“İncir reçeli 3” gəlir
11-03-2025, 06:45

“İncir reçeli 3” gəlir

01 Mrt 09:45Manşet / Gündəm

Bakıda məşhur restoranların fantastik iftar qiymətləri

Bakıda məşhur restoranların fantastik iftar qiymətləri (SİYAHI)

Bakı şəhərində məşhur restoranların iftar menyuları açıqlanıb.
Qaynarinfo iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bir nəfər üçün nəzərdə tutulan iftar menyularının qiymətləri müxtəlifdir.
Belə ki, martın 1-dən sonunadək Ramazan ayı boyunca restoranlar üzrə iftar qiymətləri 24-90 manat arasında dəyişir.
İqtisadiyyat.az restoranların bir nəfər üçün təklif etdiyi iftar menyularının qiymətini təqdim edir:
"Günaydın" restoranının hər iki filialında bir nəfər üçün iftar menyusunun qiyməti 90 manatdır
"Fairmont Baku"nun "Le Bistro" restoranı bir nəfərlik iftar süfrəsini 88 manata təklif edir.
"Hilton"un 24-cü mərtəbəsində yerləşən və flaqman restoranı olan "Sky Grill"də bir nəfər üçün iftar qiyməti 60 manatdır.
"Hilton"un 1-ci mərtəbəsində yerləşən "Cilantro Restoranı" isə bir nəfərə iftar süfrəsini 49 manata açır.
"The Landmark"ın 20-ci mərtəbəsində yerləşən "Caspian Grill & Terrace" restoranında bir nəfərə iftar süfrəsi 40 manata təklif olunur.
Səməd Vurğun küçəsindəki "Şehrazat" restoranında iftar menyusu adam başına 50 manat təyin olunub və burada əlavə olaraq 10 faiz servis haqqı tətbiq edilir.
Ağ şəhərdə yerləşən "Bashkent White City"də iftar qiymətləri iki cür menyudan asılı olaraq 35-45 manat aralığında dəyişir.
"Dreamland"da iftar açmaq istəyən şəxs 33 manat və üstəgəl 6 faiz servis haqqı ödəməli olacaq.
Üzeyir Hacıbəyov küçəsində yerləşən "Mamounia Baku" restoranında iftar qiyməti 29 manat, əlavə olaraq servis haqqı isə 10 faiz təşkil edir.
"Fəvvarələr meydanı"ndakı "Fisincan" restoranı iftar süfrəsini müxtəlif cür menyular olmaqla 25, 30 və 35 manata təklif edir.
Eyni ərazidə, yerləşən "Caravan Baku"da isə qiymət 25 manat müəyyənləşib və bununla yanaşı 10 faiz servis haqqı nəzərdə tutulub.
Həmçinin burada məşhur "Firuzə" restoranı bir nəfərə iftar süfrəsini 24 manata təqdim edir.
"Salam Baku" restoranında iftar menyusu 26 manata təklif olunur.
Neftçilər metrosu yaxınlığındakı məşhur "Biz-Bizə" restoranında iftar açmaq azı 30 manata başa gələcək.
Badamdar qəsəbəsində dağın üzərində dənizə açılan mənzərəyə malik "Luxury Life Restaurant" müqəddəs ayda iftar süfrəsini cəmi 25 manata təklif edir.
Qeyd edək ki, bu gündən Azərbaycanda Ramazan ayı başlayıb. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.