“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
ABŞ onları ölkədən deportasiya edəcək

Fələstinin HƏMAS hərəkatının ABŞ-də olan tərəfdarları ölkədən deportasiya ediləcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı ABŞ Dövlət katibi Marko Rubio “X” hesabında paylaşıb.
“HƏMAS hərəkatının Amerikada olan tərəfdarlarını deportasiya edə bilmək üçün onların vizalarını və “Green card”larını ləğv edəcəyik”, - deyə Rubio qeyd edib.
Dövlət katibi paylaşımına Nyu-Yorkda Kolumbiya universitetinin aspirantı, fələstinli tələbə Mahmud Xəlilin saxlanılma xəbərini də əlavə edib. O, martın 9-da ABŞ-nin Sərhəd Xidməti tərəfindən saxlanılıb.
Xatırladaq ki, 2024-cü ildə Fələstini dəstəkləyən tələbələr universitetin önündə çadırlar qurmuşdu. Mahmud Xəlil aksiya keçirən tələbələr adından universitetin administrasiyası ilə danışıqlar aparan əsas şəxslərdən biri olub.
Fotoda: Mahmud Xəlil























































