Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Trampdan III Dünya müharibəsi xəbərdarlığı: Görünməmiş dağıntı olar...

ABŞ prezidenti Donald Tramp Ukrayna-Rusiya sülh danışıqlarının uğursuzluqla nəticələnəcəyi təqdirdə III Dünya müharibəsinin baş verə biləcəyi barədə xəbərdarlıq edib.
Qaynarinfo xəbər verir ki, o, nüvə silahlarının istifadəsi ilə misli görünməmiş bir dağıntının yaşana biləcəyini bildirib.
ABŞ Ədliyyə Nazirliyində çıxışı zamanı Tramp deyib: "Çox asanlıqla III Dünya müharibəsi baş verə bilər. Biz bu müharibəyə doğru gedirdik. Nüvə silahları və heç vaxt bilmək istəməyəcəyiniz digər silahlar səbəbilə görünməmiş dağıntı ola bilər. Amma düşünürəm ki, indi yaxşı vəziyyətdəyik. Rusiya ilə münasibətlərin yaxşı getdiyini düşünürəm. Prezident Putinlə danışırıq və bu müharibəni bitirmək istəyirik".
"Rusiya və Ukrayna ilə çox pozitiv danışıqlar apardıq. Əgər razılığa gələ bilsək, Rusiya atəşkəsi qəbul edəcək", deyə Tramp əlavə edib.
ABŞ prezidenti Avropaya böyük miqdarda vəsait xərcləndiyini də vurğulayaraq bildirib: "Avropaya, bəlkə də, 350 milyard dollar xərclənib. Ekspertlər bu məbləğin daha yüksək olduğuna inanır. Bağlanacaq razılaşma ilə bu vəsaiti geri alacağıq".
Bu arada, NATO-nun baş katibi Mark Rütte ABŞ prezidenti Donald Trampın Ukraynanın NATO-ya üzvlük məsələsini müzakirə masasından çıxardığını qəbul edib.
"Bloomberg"ə açıqlama verən Rütte deyib: "Ukraynanın NATO-ya daxil olması məsələsi artıq gündəmdə deyil".
Ukraynanın ədliyyə naziri Olqa Stefanişina isə Rüttenin bu açıqlamalarının ölkədə çaşqınlıq yaratdığını bildirib.
Aydın






















































