Xəbər Lenti
20-10-2025, 18:33
III Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində “Gələcək Şəhərlərimiz üçün Gənclərin Birliyi” lektoriyası baş tutub
19-10-2025, 09:05
Telefon izləmə imperiyası qurdular: Nə virus var, nə casus proqramı - Hər kəs izlənilir
18-10-2025, 11:04
“Mehriban Əliyevanın Vatikan səfəri Azərbaycanda dinlərarası dialoqun göstəricisidir”
18-10-2025, 10:06
Yevlax şəhər Yaradıclıq evi “Kukla Xalq” teatrının yeni tamaşasını təqdim etdi -Foto
Tramp Bakı və İrəvan arasında sülhün imzalanmasını gözləyir - ABŞ rəsmisi
ABŞ Prezidenti Donald Tramp Azərbaycan və Ermənistan arasında uzun gözlənilən sülh müqaviləsinin imzalanmasını səbirsizliklə gözləyir.
Bunu ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.
Onun sözlərinə görə, sülh müqaviləsi Cənubi Qafqaz regionu üçün təhlükəsizlik və rifah dövrünün başlanğıcı olacaq.
"İcazə verin sizi Ermənistanla sülh müqaviləsinin mətni üzərində işin tamamlanması münasibətilə təbrik edim. Prezident Tramp onun imzalanmasını və ratifikasiyasını səbirsizliklə gözləyir. Sabitlik və rəsmi sülh sazişi regionda uzunmüddətli iqtisadi inkişafın təmin edilməsi üçün həlledici əhəmiyyət kəsb edir", - deyə Ceykobs bildirib və əlavə edib ki, möhkəm sülh münaqişələr zəncirini qıracaq və Cənubi Qafqazda təhlükəsizlik və rifah dövrünün başlanğıcını qoyacaq.
"Biz sülh və tərəqqi yolunda atdığınız cəsarətli addımı yüksək qiymətləndiririk", - deyə o bildirib.//Report.az