Menu
Xəbər Lenti
Dilan Polat yenidən ana olur
23-02-2026, 05:18

Dilan Polat yenidən ana olur

Şamaxıda zəlzələ olub
22-02-2026, 09:05

Şamaxıda zəlzələ olub

05 Nis 12:12Manşet / Cəmiyyət

Anar Əliyev PA-nın keçmiş əməkdaşına vəzifə verdi

anar-eliyev-pa-nin-kecmis-emekdasina-vezife-verdi

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev özünə yeni köməkçi təyin edib.

“Qafqazinfo” “Bakupost”a istinadən xəbər verir ki, bu posta Seyran Məmmədov gətirilib.

S.Məmmədov Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) bitirib.

2001-2004-cü illərdə “Space” MTRŞ-də ingilis dilində analitik-informasiya proqramının aparıcısı və redaktoru olub.

2004-2010-cu illərdə Prezident Administrasiyasında Prezidentin mətbuat xidmətinin əməkdaşı olub.

2010-2025-ci illərdə İqtisadiyyat Nazirliyi nəzdindəki Bakı Biznes Mərkəzinin direktoru vəzifəsində çalışıb.