Xəbər Lenti
Bugün, 16:51
QHT sədri Yasəmən Qəyyumlunun təşəbbüsü ilə “Məktəbli məktəbə getsin” layihəsinin icrası davam edir.
4-09-2025, 12:09
Ağstafada dövlət qurumlarının iştirakı ilə əlilliyi olan qadınlara dəstək məqsədilə dəyirmi masa keçirilib
Mask Trampın rüsumlarına qarşı çıxıb
Amerikalı milyarder və ABŞ-nin Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ölkə Prezidenti Donald Trampın siyasətinə zidd olaraq, Avropa İttifaqı (Aİ) ilə azad ticarət zonası yaratmağa çağırıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o bunu İtaliyada keçirilən "Liqa konqresi"ndə videoformatda çıxışı zamanı deyib.
İ.Mask ABŞ və Avropanın sıfır tarif vəziyyətinə keçməli olduğuna dair razılaşma əldə edəcəklərinə ümid etdiyini bildirib:
"Aİ-dəki hərəkət və işlə təmin etmə azadlığını ABŞ-yə də şamil etmək lazımdır".
İ.Maskın sözlərinə görə, o, D.Trampa müvafiq məsləhəti verib.