Menu
Xəbər Lenti
Pampers dərdi və bərbər
14-04-2025, 09:50

Pampers dərdi və bərbər

ADY-də yeni təyinat
14-04-2025, 09:42

ADY-də yeni təyinat

Bayramov Lavrovla görüşdü
12-04-2025, 15:50

Bayramov Lavrovla görüşdü

15 Nis 07:45Manşet / Dünya

“Audi” və “Porsche” 60 min avtomobilini geri çağırır

 

Almaniyanın “Audi” və “Porsche” avtomobil istehsalçıları ABŞ-də 60 mindən artıq avtomobili texniki nasazlıqlarla əlaqədar geri çağırmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bildirilib ki, xüsusilə, “Audi” “Q7” və “Q8” də daxil olmaqla 14 modelinin 44,3 min avtomobilini idarə panelində avtomobilin sürəti və işıq mənbələrinin işləməsi ilə bağlı məlumatları səhv göstərə bilən texniki problemlərə görə geri çağırır.

Digər tərəfdən, “Porsche” şirkəti 2024-2025-ci illərdə istehsal edilən 8 570 “Macan” modelini arxa görüntü kamerasındakı texniki qüsura görə geri çağıracaq. 

Eyni zamanda, 9 700-dən çox 2022-2023-cü il “Taycan” modelində ön sərnişin oturacağında hava yastığının açılması sisteminin sıradan çıxmasına səbəb ola biləcək hava yastığı problemləri olduğu aşkar edilib.