Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
Taleh Məmmədov: “Heydər Əliyev və müasir Azərbaycan modeli dövlətçilik strategiyasının müəllifi”
Xətai rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş möhtəşəm konsert proqramı və atəşfəşanlıq təşkil olunub
Azərbaycan Tibb Universiteti Türkiyənin Yozqat Bozok Universiteti ilə əməkdaşlığa başlayır
Türk Mediası Hacı Quliyev Haqqında Yazdı: “Türk Dünyasının Sevilən Siması”
Türkiyədə səfərdə olan iş adamı, ictimai xadim, “Ümidlə gəl” xeyriyyə layihəsinin rəhbəri Hacı Quliyev 30-dan artıq nüfuzlu türk mediasının diqqət mərkəzində oldu.
Türk mediası Hacı Quliyevi “Türk dünyasının sevilən siması” adlandıraraq onun fəaliyyəti haqqında geniş materiallar dərc edib. Bildirilib ki, Hacı Quliyev türk coğrafiyasında ortaq dəyərlərin qorunması, milli mədəniyyətin yaşadılması və gənc nəsillərə ötürülməsi istiqamətində uzun illərdir fəal şəkildə çalışır. O, təkcə çağırışları ilə deyil, həyata keçirdiyi real layihələrlə də Türk dünyasında rəğbət və nüfuz qazanıb.
İstanbulda keçirilən bir sıra mədəni və ictimai tədbirlərdə iştirak edən Hacı Quliyev Türk dünyasının birliyi naminə verdiyi qətiyyətli və ümidverici mesajlarla xüsusi diqqət çəkib.
Xeyriyyəçi və ictimai fəal kimi tanınan Quliyev təhsil, səhiyyə, sosial rifah və mədəniyyət sahələrində minlərlə insana ümid olan layihələrə imza atıb. Təqaüd proqramları, aztəminatlı ailələrə yardımlar, kimsəsiz uşaqlara yönəlmiş sosial layihələr və təbii fəlakət bölgələrinə göndərilən humanitar dəstək onun yardımsevər obrazını aydın şəkildə ortaya qoyur.
Türkiyə səfəri zamanı jurnalistlərə açıqlama verən Hacı Quliyev Türk xalqına olan sevgisini bu sözlərlə ifadə edib:
“Türk dünyası yalnız keçmişdə deyil, gələcəkdə də birlikdə güclü olmalıdır. Bir-birimizin həm acısına, həm də sevincinə şərik olmaq ən böyük gücümüzdür. Hər bir uşaq təhsilə, hər bir ailə isə ümidə layiqdir.”
Səfər çərçivəsində müxtəlif media qurumlarına verdiyi müsahibələrdə Hacı Quliyev Türk dünyasına dair yeni layihələr barədə də məlumat verib. Qeyd olunub ki, bu təşəbbüslər gənc nəsildə milli dəyərlərə bağlılıq və həmrəylik ruhunu gücləndirməyi hədəfləyir.
Türkiyədə böyük sevgi və maraqla qarşılanan Hacı Quliyevin bu səfəri iki qardaş ölkə – Azərbaycan və Türkiyə arasındakı münasibətlərin daha da möhkəmlənməsinə töhfə verməklə yanaşı, Türk dünyasının ortaq gələcəyi naminə atılmış əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir.
Jalə Ağakişiqızı
“Zeferyolu.az”-ın rəhbəri
“Xezertv.info”-nun icraçı direktoru





















































