Xəbər Lenti
6-05-2026, 14:45
Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə tədbir keçirilib
5-05-2026, 08:40
Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümü: Azərbaycanın Dövlətçilik Tarixində Ölməz İrs və Lənkəran Rayonunda İnkişafın Davamlı Təzahürü
5-05-2026, 06:04
“İranla uzun ümumi tarixə malik ölkənin Prezidentinin fikrini dinləmək çox maraqlı oldu”
İranda güclü partlayış: 4 ölü, 500-dən çox yaralı var
İranın cənubundakı Bəndər Abbas şəhərindəki Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində 4 nəfər həlak olub.
Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin xilasetmə xidməti məlumat yayıb.
16.08
İranın cənubundakı Bəndər Abbas şəhəri yaxınlığındakı Şəhid Rəcai dəniz limanında baş verən partlayış nəticəsində 516 nəfər xəsarət alıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mehr" agentliyi məlumat yayıb.
Zərərçəkənlərə tibbi yardım göstərilir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Partlayış yerli vaxtla saat 12:30-da (Bakı vaxtı ilə 13:00) baş verib və Fars körfəzindəki Qeşm ada şəhərində eşidilib. Tasnim Xəbər Agentliyi hadisənin mümkün səbəbinin yanacaq çəninin partlaması olduğunu bildirib. Limanın fəaliyyəti dayandırılıb.
14.58
İranın Bəndər Abbas şəhərində Şəhid Rəcai limanında partlayış baş verib.
Qaynarinfo xəbər verir ki, hadisə nəticəsində 281 nəfər yaralanıb.
Bu barədə Hörmüzqan əyalətinin təcili xidmətləri məlumat yayıb.
























































