Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
Xalq artisti "Lamborghini"ni 300-lə idarə etdi
Azərbaycanın Xalq artisti, məşhur opera ifaçısı və Dövlət Akademik Opera və Balet Teatrının direktoru Yusif Eyvazov bu günlərdə Almaniyada çəkilmiş sürətli avtomobil təcrübəsi ilə gündəmə gəlib.
Qaynarinfo xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında "Lamborghini" markalı avtomobili yüksək sürətlə idarə etdiyi görüntüləri izləyiciləri ilə bölüşüb.
Paylaşımına isə bu sözləri əlavə edib:
"Almaniyanın yollarını bəyənirəm – çünki bəzi hissələrdə sürət məhdudiyyəti yoxdur. "Lamborghini" heyrətamiz maşındır, amma ərzaq almaq üçün marketə getmək üçün deyil. Demək olar ki, 300 km/saat sürətə çatdım."
Qeyd edək ki, Yusif Eyvazov peşəkar opera səhnəsindəki uğurları ilə yanaşı, avtomobillərə olan marağı ilə də tanınır.






















































