Menu
Xəbər Lenti
Vinisiusun evi yandı
Dün, 05:45

Vinisiusun evi yandı

18 aylıq cəzalandırıldı
8-10-2025, 06:02

18 aylıq cəzalandırıldı

Meloni məhkəməyə verildi
8-10-2025, 05:59

Meloni məhkəməyə verildi

19 May 06:48Manşet / İdman

“Qalatasaray” 25-ci dəfə Türkiyə çempionu oldu

qalatasaray-25-ci-defe-turkiye-cempionu-oldu

Türkiyə Super Liqasında XXXVI tura yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən matçda lider “Qalatasaray” doğma meydanda “Kayserispor”u qəbul edib.

Qarşılaşmanın 26-cı dəqiqəsində Viktor Osimhenin qolu ilə 1-0 önə keçən “Cimbom” 3 dəqiqə sonra Barış Alper Yılmazın qolu ilə hesab arasındakı fərqi artırıb.

İlk hissəni 2:0 hesablı üstünlüklə bitirən “Qalatasaray” ikinci hissədə rəqibinə qol vurmağa imkan verməyib.

“Qalatasaray” matçın 89-cu dəqiqəsində qapıçı Fernando Musleranın penaltidən vurduğu qolla hesabı 3:0-a çatdırıb.

Bu nəticə ilə meydan sahibləri Superliqada 28-ci qələbəsini qazanıb. “Sarı-qırmızılar” 5 heç-heçə və 1 məğlubiyyətlə xallarını 89-a çatdırıb. Bununla da “Qalatasaray” sona 2 tur qalmış ən yaxın izləyicisi “Fənərbaxça”nı 8 xal qabaqlayaraq çempionluğu təmin edib.