Xəbər Lenti
18-10-2026, 09:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 08:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 18:23
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 15:01
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
17 yaşlı oğluna 10 günə iki medal verildi
Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Rusiya Milli Qvardiyasının inkişafındakı xidmətlərinə görə “Axmat Krepost” medalı ilə təltif edilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Qroznı Dövlət Televiziya və Radio Yayımları Şirkəti məlumat yayıb.
“Mükafat fəal təşəbbüsə, döyüş tapşırıqlarının yerinə yetirilməsinə köməklik göstərdiyinə və Rosqvardiya bölmələrinin inkişafına mühüm töhfəyə görə verilib”, - teleradio şirkətinin instaqram səhifəsində yazılıb.
Qeyd edək ki, bu, Adamın 10 gündə ikinci mükafatıdır.






















































