Menu
Xəbər Lenti
69 ölkədən tarixi qərar
16-10-2026, 06:31

69 ölkədən tarixi qərar

Ulduz yox, meteor yağacaq
13-10-2026, 08:33

Ulduz yox, meteor yağacaq

23 May 09:03Manşet / Kriminal

11 ildir axtarılan tacik Azərbaycanda saxlanıldı

 

Rusiya ərazisinə bir neçə yüz kiloqramdan artıq heroin keçirməkdə təqsirləndirilən Tacikistan vətəndaşı Taqaymurod Emomov Azərbaycanda saxlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı hüquq-mühafizə orqanlarına istinadən TASS yayıb. 

Bildirilib ki, hazırda onun Rusiyaya ekstradisiya olunması gözlənilir. 

Məlumata görə, T.Emomov xüsusilə külli miqdarda narkotik maddələrin dövriyyəsi ilə məşğul olmaq ittihamı ilə 11 ildən çoxdur ki, axtarışda olub.