Masallı qaz idarəsindən şikayət: “Heç bir rəsmi xəbərdarlıq edilmədən qazımız kəsildi” -VIDEO
ƏFSANƏ İBRAHİMOVA — ZİYALI AİLƏSİNDƏN MEDİA RƏHBƏRLİYİNƏ UZANAN NÜMUNƏVİ HƏYAT YOLU
ZAQATALA RAYONU, MAZIX KƏNDİNDƏ NƏZARƏTSİZLİK TƏHLÜKƏLİ HƏDDƏ ÇATIB - SÜRÜCÜLƏR HƏR GÜN RİSK ALTINDADIR -VİDEO
Sözün, zəkanın və insanlığın 50 illik işıqlı yoluna ehtiramla – Təyyar Yəhyayevə yubiley təbriki
Aztürk Holding-in təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
"Sistemdə ciddi islahatlara ehtiyac var" - Kənd təsərrüfatı üzrə subsidiyalar niyə effektiv deyil?
Dəhşətə salan görüntü: Milyarder Ceff Bezosun raketi Floridada sınaq zamanı partladı
Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub
Bakıda söküntü zamanı insident: Şirkətin ekskavatoru yandırıldı - Həbs edilən var

"PİLOT-16" MMC-nin ekskavatorunu "molotov kokteyli" ilə yandıran şəxs məhkəmə zalında həbs edilib. Texnika sahibinə 210 min manat ziyan dəyib.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları küçəsi, 55 ünvanında yerləşən və Məhbubə Əli qızı Quliyevanın adına olan mənzilin söküntüsü ilə bağlı aylardır məhkəmə çəkişmələri davam edir.
Mənzil sahibi aralarında razılaşma olmadan şirkətin onlara məxsus evi qanunsuz olaraq sökdüyünü iddia edir. Buna görə, tərəflər arasında məhkəmə çəkişməsi var.
Bu məhkəmə çəkişmələri davam edən ərəfədə daha bir insident baş verib. Məhbubə Quliyevanın qardaşı Əsəd şirkətə məxsus ekskavatoru yandırıb.
Bununla da şirkətə 210 min manat maddi ziyan dəyib.
Əsəd ifadəsində bildirib ki, gecə saatlarında şirkətin 10 nəfər işçisi onların evini sökmək istəyən zaman səs-küyə yuxudan oyanıb. Həyətə çıxan zaman işçilər onu görərək, "vurun onu" deyib. Bundan sonra həyətə keçərək, manqalda olan benzini götürüb üzərinə salfet bağlayaraq onlara tərəf atıb. Əsədin sözlərinə görə məqsədi ekskavatoru yandırmaq yox, onları qorxutmaq olub.
Zərərçəkmiş tərəfin iddiasına görə dəymiş zərər 210 min manatdır.
Nəsimi Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrum edilib. Ev dustaqlığında olan Əsəd məhkəmə zalında həbs edilib.























































