Xəbər Lenti
Dün, 09:53
“Azər Türk Bank” istehlak kreditləri kampaniyasının müddətini daha sərfəli şərtlərlə uzatdı
5-07-2026, 08:46
Qeydiyyat ver, evə şərik çıxsın: Kirayəçi uzun müddət qaldığı mənzildən pay tələb edə bilər?
Avtobuslarda kondisioner nə vaxt işləyəcək? - Tarix açıqlandı
Bakıda havaların isti keçməsinə baxmayaraq, paytaxtın marşrut avtobuslarında hələ də kondisionerlər işləmir.
Şəhər sakinləri günün isti saatlarında ictimai nəqliyyatda istidən əziyyət çəkdiklərini bildirirlər.
Qeyd edək ki, Bakıda temperatur bəzən 30 dərəcəyə çatır.
Modern.az-ın məlumatına görə, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, 15 may 2025-ci ildən etibarən müvəqqəti istismarda olan marşrut xətlərində kondisionerlərin işlək vəziyyətdə saxlanılması daşıyıcı şirkətlərin diqqətinə çatdırılıb.
Daşıyıcı şirkətlərlərdən verilən məlumata görə, avtobuslarda kondisionerlərin istifadəsinə iyunun 2-dən etibarən başlanacaq.























































